<

İsraillə əlaqəsi olan 12 terrorçu qrup tutuldu - İranın Kəşfiyyat Naziri

22:11 - 25 Yanvar 2023

İsraillə əlaqəsi olan 12 terrorçu qrup tutuldu  - İranın Kəşfiyyat Naziri

İranın Kəşfiyyat naziri İsmayıl Hatib ölkəyə qarşı mümkün terror hücumlarına qarşı görülən işlər barədə məlumat verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hatib bildirib ki, İsraillə əlaqəsi olduğu iddia edilən 12 “terrorçu” komanda ələ keçirilib:

"Ölkədə qarışıqlıq yaratmaq məqsədi ilə hərəkətlər etməyə hazırlaşan İsrailə bağlı 12 terror qrupu yaxalandı".

Kəşfiyyat naziri iddia edib ki, sözügedən cəhd “Məhsa Əmininin nümayişləri uğursuzluğa düçar olduqdan sonra İranın düşmənləri tərəfindən planlaşdırılıb”.

Manşet.az


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin