<

“Qarabağ” bu qapıçı ilə danışıqlar aparır - FOTO

21:15 - 25 Yanvar 2023

“Qarabağ” bu qapıçı ilə danışıqlar aparır - FOTO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın transfer işlərindən danışıb.

 

Manset.az xəbər verir ki, təcrübəli mütəxəssis qapı xəttini gücləndirmək istədiklərini bildirib:

“Qapıçı transfer etmək istəyirik. Hələ ki danışıqlar gedir. Qarşıda bir neçə gün vaxtımız var”.

Baş məşqçi Almaniyanın “Bayer” klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyovla danışıq aparıldığını təsdiqləyib: “Hazırda onunla danışıqlar gedir. Ancaq real bir şey yoxdur”.

Qeyd edək ki, 31 yaşlı qapıçısı Rusiya millisində də çıxış edib. O, Almaniya klubuna 2021-ci ildə “Zenit”dən transfer olunub.

 



Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin