Finlandiya Türkiyəyə tətbiq etdiyi embarqonu ləğv etdi

20:49 - 25 Yanvar 2023

Finlandiya Türkiyəyə tətbiq etdiyi embarqonu ləğv etdi

Finlandiya 2019-cu ildən Türkiyəyə tətbiq etdiyi silah embarqosunu ləğv edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiya Müdafiə Nazirliyi 2019-cu ildən qüvvədə olan “Türkiyəyə hərbi texnika ixracına qoyulan embarqonu” ləğv etdiyini və ona hərbi texnika üçün ilk ticari ixrac lisenziyasını verdiyini açıqlayıb.

Finlandiya Türkiyənin Suriyadakı hərbi əməliyyatına görə 2019-cu ilin oktyabrında ixrac lisenziyasını dayandırmışdı.

Silah satışı icazəsi Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünü təsdiqləmək üçün irəli sürdüyü şərtlərdən biri idi.

Manşet.az


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin