"Qalatasaray" əfsanəvi futbolçunun oğlunu transfer edir

20:17 - 25 Yanvar 2023

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 

 Manset.az Offsideplus.az-a  istinadla xəbər verir ki, İstanbul təmsilçisi vaxtilə bu klubun formasını geyinmiş əfsanəvi George Hacinin oğlu İanis Hacini sıralarına qatmağa yaxındır. 

"Cim-bom" rəhbərliyi 24 yaşlı rumıniyalı hücumçu üçün Şotlandiya "Reyncers"inə təklif göndərib. Haci hazırda "Qalatasaray"ın baş məşqçisi Okan Burukun sərəncamında görmək istədiyi əsas futbolçudur.

Qeyd edək ki, George Haci 1996-2001-ci illərdə Super Liqa təmsilçidində forma geyinib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin