<

"Şəhidə yığılan pulu mənimsəməsi Şəfiqənin vicdanını göstərir" - Ramiz Məlik

11:36 - 26 Yanvar 2023

Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ətrafında qalmaqallar bitmək bilmir. Mediaya son açıqlamalarda İttifaqın keçmiş mətbuat katibi, qurumun üzvü Əli Vəliyev Ş.Məmmədovanın şəhidlər və qazilər üçün yığılan pulu cibinə qoyduğunu bildirib. O “Yaşat” Fonduna bağışlamaq üçün İttifaqın üzvlərindən və katiblərindən yığılan 2820 manat pulu Şəfiqə Məmmədovanın mənimsədiyini qeyd edib.

 

Məsələ ilə bağlı Manset.az-a firiklərini bildirən Xalq artisti Ramiz Məlik bu məsələlərdən sonra o ittifaqdan çıxdığını bildirib.


“Mən elə ittifaq tanımıram. Şəfiqə zəng etdi, yalvardı mənə ki, gəl üzv ol, mən də getdim. İndi mən ordan ayrılmışam. Belə biabırçılıqlarla bağlı mən nə danışa bilərəm. Məni bir dəfə sayıb iclaslara çağırmayıblar. Son o saxta sədr seçkisində də mən dəvət olunmamışam.

Ayrıldım ordan, vəssalam. Şəhidlərin pulun mənimsənilməsi məsələsi də onun daxili aləminin göstəricisdir. Bu artıq vicdansızlığın göstəricisidir. Mən bu biabırçılıqları bilirəm. Qoy o adam ürəyi ilə cavab versin ona.”

Manşet.az



Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin