<

Avropa klubları Azərbaycan millisinin futbolçusu ilə maraqlanır

20:03 - 25 Yanvar 2023

Avropa klubları Azərbaycan millisinin futbolçusu ilə maraqlanır

Gənclərdən ibarət Azərbaycan millisinin futbolçusu Abdulla Rzayev Avropa klublarının maraq dairəsindədir.

 

Manset.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Azərbaycan yığmasının skautu İlqar Qurbanov deyib.

O bildirib ki, qış fasiləsində “Sabah”dan “Kəpəz”ə icarəyə verilən 21 yaşlı müdafiəçi Türkiyədəki təlim-məşq toplanışı zamanı bir neçə komandanın diqqətini çəkib: “Antalyada olanda bir neçə xarici menecer onunla maraqlandı. Türkiyə, Slovakiya və Macarıstan klubları Abdulla barədə məndən məlumat istədilər. “Kəpəz”in çempionatda dünən “Qəbələ” ilə keçirdiyi matçda da 90 dəqiqə meydanda oldu. Belə gənclərə güvənmək, şans vermək lazımdır”.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin