<

Xəzərin dibinin bölünməsi üzrə Birgə işçi qrupunun iclası keçirildi

18:18 - 25 Yanvar 2023

Xəzərin dibinin bölünməsi üzrə Birgə işçi qrupunun iclası keçirildi

24-25 yanvar 2023-cü il tarixində Aşqabadda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib.

 

Manset.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə isə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib.

İclasda Azərbaycan və Türkmənistanın aidiyyatı nazirliklərinin və ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak edib.

Birgə işçi qrupunun iclası zamanı Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş layihəsinin müddəalarının müzakirəsi davam edib.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin