“Məni təhqir etməklə çörək qazanırlar" - Afaq Bəşirqızı

17:00 - 25 Yanvar 2023

“Məni təhqir etməklə çörək qazanırlar

“Bu xalq onda bədbəxt olur ki, onun mədəniyyətinə və mədəniyyət xadimlərinə soyuq münasibət bəslənilir. Tünzalə Əliyevanın övladına dəstək olmaq üçün fond yaradılması ilə bağlı xalqa yox, incəsənət xadimlərinə müraciət etdim”.

 

Manset.az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı mərhum aktrisa Tünzalə Əliyevanın qızına yardım olunması ilə bağlı sosial şəbəkə hesabındakı paylaşıma münasibət bildirərkən deyib.

Aktrisa onu da diqqətə çatdırıb ki, fond yaradılması təklifini incəsənət xadimlərinə ünvanlayıb:

“Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifini incəsənət xadimləri üçün demişəm. Bunun xalqa aidiyyəti yoxdur. Vəssalam. Media nümayəndələri elə başlıqlar, elə yazılar yazırlar ki... Fikirlər kontekstdən çıxarılır. Camaat da yazını oxumumur, savadsız kütlə ağzına gələni yazır. Ayıb deyil? Sözüm jurnalistlərədir, yazı yazanda, başlıq qoyanda diqqətli olun. Məni təhqir etməklə çörək qazanırlarsa, o çörək zəhər olsun!”

Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı səhhəti ilə əlaqədar mərhum aktrisa Tünzalə Əliyevanın vida və dəfn mərasiminə qatılmayıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin