<

Sabah Dünya Ekoloji Təhsil Günüdür - FOTO

16:54 - 25 Yanvar 2023

Sabah Dünya Ekoloji Təhsil Günüdür - FOTO

26 yanvar-Dünya Ekoloji Təhsil Günü ilə bağlı dünyanın bir çox ölkəsinin təhsil müəssisələrində, uşaq bağçalarında ekoloji təhsilin vacibliyi və ekoloji şüurun formalaşmasına diqqət cəlb edilir, ekoloji məsələlərə həsr edilmiş konfranslar və seminarlar keçirilir, “dəyirmi masalar” təşkil olunur.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova Manset.az-a bildirib ki,  sabah Dünya Ekoloji Təhsil Günü ilə bağlı Azərbaycanda, paytaxt Bakının bir neçə məktəb-lisey kompleksində, eləcə də regionlardakı təhsil müəssisələrində ekoloji dərslər keçiriləcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən şagirdlərə Azərbaycan təbiəti, flora və faunası, ətraf mühitin qorunması ilə bağlı maarifləndirici məlumatlar veriləcək, ekokönüllülər tərəfindən məktəblilərə ekoloji kitablar hədiyyə ediləcək. 

“Eyni zamanda, ETSN-in rəsmi sosial şəbəkə hesablarında ekoloji mövzuda viktorina keçiriləcək. Ən aktiv izləyicilərə isə hədiyyələr təqdim ediləcək”. 

Qeyd edək ki, Dünya Ekoloji Təhsil Gününün keçirilməsində əsas məqsəd məktəblilərin diqqətini ətraf mühit problemlərinə, onların həllinə yönəltmək, ekoloji təhsilin və ekoloji maarifləndirmənin vacibliyini vurğulamaqdır.



Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin