<

2 dəfə Naxçıvandan Türkiyəyə gizlincə keçdi - Cəzalandırıldı

16:18 - 25 Yanvar 2023

2 dəfə Naxçıvandan Türkiyəyə gizlincə keçdi - Cəzalandırıldı

Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsində Türkiyə ilə sərhədi qanunsuz keçən rayonun Çərçiboğan kənd sakini, 1975-ci il təvəllüdlü S.Səlimova hökm oxunub.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham edilən şəxs 1400 manat cərimə edilib. Məhkəmə prosesi yanvarın 24-ü başa çatıb.

Araşdırmalar zamanı məlum olub ki, S.Səlimov daha əvvəl Türkiyədə işləyib və bu ölkədən deportasiya edildiyi üçün ilk dəfə 2017-ci ildə sərhədi qanunsuz keçərək İstanbula gedib. Bir ildən artıq İstanbulda işləyən şəxs sonradan polis tərəfindən saxlanılıb və sənədləri qaydasında olmadığı üçün Azərbaycana deportasiya edilib.

Naxçıvana qayıdan S.Səlimov bundan sonra yenidən qeyri-qanuni şəkildə Türkiyəyə keçərək İstanbula gedib. Yenidən deportasiya edilən şəxs bu dəfə təyyarə ilə Bakıya göndərilib və hava limanında saxlanılaraq barəsində cinayət işi başlanılıb.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin