"Qarabağ" Tovuzda çətin qələbə qazandı

16:10 - 25 Yanvar 2023

Bu gün Misli Premyer Liqası, XIX turu çərçivəsində növbəti oyun baş tutub.

 

Manset.az xəbər verir ki, lider "Qarabağ" "Turan Tovuz"un qonağı olub. 

Tovuz şəhər stadionunda 14:00-da başlayan matç "Qarabağ"ın 3-2 hesablı çətin əldə olunan qələbəsi ilə yekunlaşıb. 

İlk olaraq hesabı 10-cu dəqiqədə "köhlən atlar"ın gəng hücumçusu Musa Qurbanlı açıb. Daha sonra  23-cü dəqiqədə "Turan Tovuz"un oyunçusu Runi Eva, 27-də Ramil Şeydayev, 85-də Ehtiram Şahverdiyev hərəyə bir qolla fərqlənərək hesabı bərabərləşdiriblər"Qarabağ"ın qələbə qolunu isə matçın sonlarına doğru 89-cu dəqiqədə Bəhlul Mustafazadə vurub.

Qeyd edək ki, hazırda Misli Premyer Liqasına 53 xalla "Qarabağ" liderlik edir. Bir oyun az keçirən "Sabah" 43 xalla ikinci yerdədir. 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin