<

"Media onu 18 dəfə işdən çıxarıb, elə indi Cahangir Əsgərovun yanındayam"

16:40 - 25 Yanvar 2023

Xəbər verdiyimiz kimi, "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. Bununla bağlı prezidentin rəsmi sərəncamı olmadığı halda onun səlahiyyətlərinin əlindən alındığı bildirilirdi. 

 

Manset.az məsələni diqqətdə saxlayaraq  "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) birinci vitse-prezidenti Sabir İlyasovla əlaqə saxlayıb. 

O, sayıtımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib:

"Mən Cahangir müəllimlə işlədiyim bu illər ərzində mətbuat onu 18 dəfə işdən çıxarıb, təzədən yerinə qaytarıb. Təbii ki, bu məlumatlar yalandır. Cahangir müəllim hazırda işinin başındadır. Mən elə Cahangir müəllimin yanındayam. Onun səlahiyyətlərinin əlindən alınması ilə bağlı xəbər cəfəngiyyatdır. Biz hazırda hamımız onun rəhbərliyi ilə işimizin başındayıq."

 

Əli VƏLİYEV

Manşet.az 


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin