Məktəblər yenidən distant təhsilə keçir? – Nazirlikdən AÇIQLAMA

15:45 - 25 Yanvar 2023

Məktəblər yenidən distant təhsilə keçir? – Nazirlikdən AÇIQLAMA

Son günlərdə uşaqlar arasında yüksək temperatur, burun axması, halsızlıq, öskürək kimi hallarla müşahidə olunan xəstəlik yayılıb. Buna görə sosial şəbəkə platformalarında gedən müzakirələrdə valideynlər arasında bağça və məktəblərin bağlanması üçün çağırış edənlər var. 
 

Yaranmış vəziyyətlə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. 

Uşaqlar arasında yayılmış kəskin qrip virusu ilə bağlı bağçaların bağlanması, məktəblərdə yenidən distant təhsilə keçid gözlənilirmi? 

Manset.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən Bizim.Media-nın sorğusu qısa cavablandırıldı:

“Hazırda bu məsələ müzakirə edilmir”.

Onu da xatırladaq ki, yanvarın 27-dən fevralın 1-ə qədər məktəblilərin qış tətili başlayır. Bu fasilə virusların səngiməsinə bir qədər yardım edə bilər.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin