<

Berlində işçilər ayağa qalxdılar: Aeroportda bütün reyslər ləğv edildi

15:24 - 25 Yanvar 2023

Berlində işçilər ayağa qalxdılar: Aeroportda bütün reyslər ləğv edildi

Almaniyanın “Verdi” həmkarlar ittifaqının tətili ilə əlaqədar Berlin hava limanı yanvarın 25-nə planlaşdırılan bütün reysləri ləğv edib.

 

Manset.az xəbər verir ki, bu barədə qurumun saytında xəbər verilib.

Ümumilikdə 300-ə yaxın reys ləğv edilib, qərar 35 mindən çox sərnişinə təsir edib.

Həmkarlar ittifaqı yerüstü nəqliyyat xidmətləri və uçuş təhlükəsizliyi xidmətləri işçilərini də tətilə qoşulmağa çağırıb.

Qeyd edək ki, “Verdi” müqaviləsi bir il olan işçilərin maaşının 500 avro artırılmasını tələb edir. İşəgötürənlər isə cari əməkhaqqını saxlamaqla daha uzunmüddətli müqavilələr təklif etməyə hazırdırlar.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin