Kamran Əliyev Münhenin Baş prokuroru ilə görüşdü - FOTO

15:16 - 25 Yanvar 2023

Kamran Əliyev Münhenin Baş prokuroru ilə görüşdü - FOTO

Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

 

Manset.az xəbər verir ki, qonaqları qəbul edən Azərbaycanın Baş prokuroru Kamran Əliyev görüşdə ölkələrimiz arasında hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. Yeni strukturda yer almış cinayət təqibindən kənar icraatlar və əmlakların bərpası üzrə fəaliyyət istiqamətləri barədə qonaqları məlumatlandırıb.

Reinhald Röttle rəhbərlik etdiyi Bavariya vilayətinin prokurorluq orqanları ilə ölkəmizin prokurorluq orqanları arasında əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib. Narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, terrorçuluq və dini ekstremizmə qarşı mübarizədə ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığın zəruri olduğu vurğulanıb.

Görüşdə Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann iştirak edib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin