<

Azərbaycanda insanlar qrip infeksyasına belə yoluxur - VACİB AÇIQLAMA

14:40 - 25 Yanvar 2023

Azərbaycanda insanlar qrip infeksyasına belə yoluxur - VACİB AÇIQLAMA

Azərbaycanda bir çox şəxs qrip infeksiyasına yoluxur. Əksər ailələrdə qızdırma, öskürək, boğaz ağrısı kimi şikayətlər müşahidə olunur. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, qrip infeksiyasına yoluxmuş şəxslər həm təhsildən qalır, həm də gündəlik işə gedə bilmirlər. 

Evdə və ya xəsatəxanaya müraciət etməklə müalicə olan şəxsləri əksər hallarda bu virusa necə yoluxmaları düşündürür. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, bu infeksiyalar illərdir ki, təkrarlanır. Sacədə viruslar dəyişir və bunlara qarşı yaranan çarpaz immunitet nisbətən qoruyur: "İki-üç il ərzində yaranan boşluq zamanı bu infeksiyalara yoluxanların sayı azalmışdı. Bir çox insanlarda immunitet sanki məşqdən qaldı. Məlum infeksiyalara qarşı illərdir əmələ gələn immunitet zəiflədi.

Koronavirus pandemiyasının vüsət aldığı illərdə qrip viruslarına az rast gəlmək olurdu. Bu gün isə həmin infeksiyalar daha çox tüğyan edir. Bu vəziyyət bizim məlum infeksiyalara qarşı immunitet sistemimizin zəifləməsi ilə bağlıdır.

Qrip infeksiyasının yayılması havanın tempraturunun aşağı düşməsi ilə əlaqədardır. Çünki yay aylarında insanlar açıq mühitə üstünk verirlərsə, soyuq havada qapalı məkanlara üz tuturlar. Qapalı məkanlarda yaxından təmas daha çox realizə olunur. Eyni zamanda otaqların havalandırmasına da az riayət olunur. Havalandırma olmayan məkanlarda bir metr məsafədən belə öskürək və danışıq vasitəsilə qarşıdakı şəxs yoluxdurula bilər. Bu xüsusən tədris müəssisələri, ictimai nəqliyyat və o cümlədən iş yerlərində baş verir".


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin