BŞİH-də qara hazırlıq müzakirə edildi - Tapşırıqlar verildi
26 Noyabr 2024
15:30 - 25 Avqust 2021
Gürcüstanda yaxın zamanlarda 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı peyvəndlənməsi prosesinə başlanılacaq.
Manset.az xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.
Onun sözlərinə görə, yaşı 12-dən yuxarı olan uşaqların vaksinasiyası pandemiyanın sona çatması üçün əsas məqamdır: “Vaksinasiya komitəsi bu məsələyə baxacaq və qərar 2-3 həftədən sonra qəbul olunacaq. Avropanın bir sıra ölkələrində belə təcrübə var, biz bunu nəzərə alacağıq”.
Nazir müavini deyib ki, 12 yaşdan yuxarı uşaqların peyvəndlənməsi valideynlərin istəyinə əsasən aparılacaq.
Qeyd edək ki, qonşu ölkədə hazırda vaksin 16 yaşdan yuxarı şəxslərə vurulur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin