Ermənistan Baş Qərargahında yeni təyinat

14:01 - 25 Yanvar 2023

Ermənistan Baş Qərargahında yeni təyinat

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəhbər təyin olunub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.

Fərmana əsasən, Baş Kəşfiyyat İdarəsinin rəis müavini polkovnik Samvel Movsisyan həmin idarənin rəisi, eləcə də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edilib.

Digər qərarla Baş Qərargah rəisinin müavini Arakel Martikyan vəzifəsindən azad edilib.

Xatırladaq ki, Ermənistanda bir ilə yaxın idi ki, kəşfiyyat rəhbəri yox idi. Bundan əvvəl Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi 2021-ci ilin avqustundan 2022-ci ilin fevralınadək bu vəzifəyə təyin olunmuş general-mayor Arayik Arutyunyan olub.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin