<

“Dərman vasitələri ilə bağlı yeni sənəd hazırlanır” - Əhliman Əmiraslanov

13:11 - 25 Yanvar 2023

“Dərman vasitələri ilə bağlı yeni sənəd hazırlanır” - Əhliman Əmiraslanov

“Dərman vasitələri ilə bağlı hazırlanan sənəd üzərində hələ iş gedir”.

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin yanvarın 25-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Baş nazirin tapşırığı ilə sənədin hazırlanması ilə bağlı səhiyyə sahəsində təcrübəsi olan mütəxəssislərin fikirləri də öyrəniləcək: “Sənədlə bağlı aidiyyəti qurumlarla görüşlər keçirilib. Ölkəyə gətirilən dərmanların gömrükdən keçirilməsi ilə bağlı problemlər var və bu məsələ barədə çox danışılıb. Bununla bağlı da aidiyyəti qurumların nümayandələri ilə görüş olub və növbəti görüşün olması nəzərdə tutulub”.


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin