<

Rusiya hərbi gəmisi hipersəs raketini sınaqdan keçirdi - 900 km məsafəni vura bilir

13:02 - 25 Yanvar 2023

Rusiya hərbi gəmisi hipersəs raketini sınaqdan keçirdi - 900 km məsafəni vura bilir

Rusiya Müdafiə Nazirliyi Atlantik okeanının qərbində  “Admiral Qorşkov” döyüş gəmisindən kompüter vasitəsilə “Zirkon” hipersəs raketinin sınağını həyata keçirdiyini açıqlayıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada kompüter simulyasiyasından istifadə edərək hipersəs raket silahlarından istifadəyə dair təlim keçirildiyi bildirilib.

Məlumata görə, hipersəs raketi ilə saxta hədəfi təqlid edərək 900 kilometrdən çox məsafədə yerləşən dəniz hədəfinə atəş açılıb. 

Nazirliyin digər açıqlamasında 2023-cü ilin fevralında Cənubi Afrika sahillərində təlim keçiriləcəyi bildirilib. Təlimdə Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri və Cənubi Afrika Hərbi Dəniz Qüvvələri iştirak edəcək.
 


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin