<

Əhəd Abıyev Mollahəsənli kənd sakinləri ilə görüşdü - FOTOLAR

13:03 - 25 Yanvar 2023

Əhəd Abıyev Mollahəsənli kənd sakinləri ilə görüşdü - FOTOLAR

Yanvarın 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Mollahəsənli kənd sakinləri ilə keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.

 

Manset.az xəbər verir ki, qəbulu giriş nitqi ilə açan icra başçısı Əhəd Abıyev çıxış edərək deyib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişafı, əldə etdiyi nailiyyətlər diqqət mərkəzindədir. Dövlətimizin başçısı cənab İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü iclasında uğurla iştirak edərək Forum çərçivəsində bir sıra səmərəli görüşlər keçirmiş, Azərbaycanın malik olduğu iqtisadi və siyasi potensial barədə ətraflı məlumat vermişdir. İndi dünyanın aparıcı şirkətləri Azərbaycanın iqtisadi gücünü real dəyərləndirir və ölkəmizlə əməkdaşlığa üstünlük verirlər. Bütün bu nailiyyətlər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illərdir ölkəmizdə bərqərar olan siyasi və iqtisadi sabitlik, aparılan ardıcıl mütərəqqi islahatlarla birbaşa bağlıdır. Dövlətimizin başçısı Davos Forumunda həmçinin regiondakı vəziyyət, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycanın səyləri, Laçın-Xankəndi yolunda baş verən hadisələrin mahiyyəti barədə ətraflı danışmış, ölkəmizə qarşı Ermənistan və bəzi ermənipərəst qüvvələr tərəfindən aparılan yalançı təbliğatları iflasa uğratmış, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır. 

Əhəd Abıyev çıxışında  Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı, mövcud problemlərin aradan qaldırılması üçün yerlərdə görülən tədbirlər, qarşıda duran vəzifələr barədə də söz açıb. Həmçinin qeyd edib ki, ötən dövrlərdə Mollahəsənli kənd tam orta məktəbinin yeni binası tikilərək istifadəyə verilmiş, ərazidə elektrik, rabitə təsərrüfatları yenidən qurulmuş, kənd qazlaşdırılmış və əhalinin məşğulluğunun yaxşılaşdırılması üçün işlər aparılmışdır. 

Sonra sakinlərin müraciətləri və təklifləri dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılaraq həlli ilə bağlı müvafiq tədbirlər müəyyən olunub. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülməklə, aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınıb.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Səyyar qəbulda iştirak edən sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin