“Aztelekom”a yeni rəhbər təyin edildi - FOTO

12:56 - 25 Yanvar 2023

“Aztelekom”a yeni rəhbər təyin edildi - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.

 

Manset.az report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Elçin Niyazova həvalə olunub.

O, həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə (“Baktelecom”), eləcə də “Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.

1986-cı il təvəllüdlü E.Niyazov “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.

Qeyd edək ki, “Aztelekom” MMC-nin Baş direktoru Klaus Müllerin vəzifəsindən azad edilməsi barədə ilk xəbəri Oxu.Az yazıb.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin