<

“Qərb Rusiyanı Ermənistandan təpiklə qovur” - VİDEO

12:30 - 25 Yanvar 2023

“Qərb Rusiyanı Ermənistandan təpiklə qovur” - VİDEO

2022-ci ilin oktyabrın 6-da Praqada Azərbaycan, Avropa İttifaqı, Fransa və Ermənistan liderlərinin görüşü zamanı Ermənistan-Azərbaycan sərhədinə Avropa İttifaqının xüsusi missiyasının göndərilməsi ilə bağlı təklif irəli sürüldü.

 

Manset.az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalının növbəti buraxılışında bildirilib. 

Müəllif qeyd edir ki, bir neçə gün öncə Azərbaycan telekanallarının jurnalistləri ilə görüşündə çıxış edən Prezident İlham Əliyev Praqada baş tutmuş görüşün bəzi detallarını açıqlayıb.

Dövlət başçısının sözlərinə görə, həmin görüşdə təklifin biri də o olub ki, Avropa İttifaqının xüsusi missiyasından ibarət qrup o cümlədən Azərbaycan tərəfinə göndərilsin. Lakin ölkə başçısı qeyd edib ki, bu təklif rəsmi Bakı tərəfindən rədd edilib.

“Axı bu, bizim ölkəmizin suverenliyi məsələsidir”, - deyə müəllif vurğulayır.

Ətraflı süjetdə:


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin