DSX həqiqi hərbi xidmətə qəbul elan etdi - VİDEO

11:23 - 25 Yanvar 2023

DSX həqiqi hərbi xidmətə qəbul elan etdi - VİDEO

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.

 

Manset.az xəbər verir ki, burada həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar DSX-yə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Qeyd edilib ki, namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

• Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

• 30 yaşı keçməməli;

• Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin DSX-nin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunub.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin