İmran Xanın həbs ediləcəyi bildirildi - Tərəfarları onun igamətgahına axın etdi (VİDEO)

10:58 - 25 Yanvar 2023

İmran Xanın həbs ediləcəyi bildirildi - Tərəfarları onun igamətgahına axın etdi (VİDEO)

Pakistanın keçmiş baş naziri İmran Xanın saxlanılacağı ilə bağlı xəbərin yayılmasından sonra yüzlərlə insan onun Lahordakı evinin ətrafına toplaşıb. 

Manset.az-ın “Anadolu Agentliyi”nə istinadən verdiyi xəbərə görə,  Pəncab polisi yüksək səviyyəli toplantı keçirdikdən sonra Xanın saxlanıla biləcəyini təklif edib. Bu açıqlamadan sonra yüzlərlə insan Xanın mümkün həbsinin qarşısını almaq üçün keçmiş baş nazirin evinin ətrafına yığışıb.

Koalisiya hökumətinin əleyhinə şüarlar səsləndirən nümayişçilər İmran Xanın yanında olduqlarını bildiriblər. Sosial mediada əks olunan görüntülərdə yüzlərlə insan Xanın Lahordakı iqamətgahı ətrafında Pakistan bayraqları və Xana dəstək mesajı olan pankartlar açıblar.

Xanın partiyasının yüksək vəzifəli şəxsləri də iqamətgahın ətrafına gəliblər.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin