<

Abramoviçin Britaniyadakı şirkəti 1 funta satıldı

10:48 - 25 Yanvar 2023

Abramoviçin Britaniyadakı şirkəti 1 funta satıldı

Rusiyalı iş adamı Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyanın "Truphone" telekommunikasiya qrupu iki avropalı sahibkara 1 funta (2 manat) satılıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Şirkətin yeni sahibləri işlənmiş avtomobillərlə məşğul olan türkəsilli alman iş adamı Hakan Koç və onun əvvəllər telekommunikasiya sahəsi ilə məşğul olan biznes ortağı Pirros Kussios olub. Britaniya şirkətinin aktivlərinin 90%-i Koç, 10%-i isə Kussiosa çatıb.

Qeyd olunur ki, şirkətin satılması qərarı Böyük Britaniya və Avropa İttifaqı səlahiyyətliləri tərəfindən Abramoviçə tətbiq edilən sanksiyalarla bağlıdır.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin