Əlcəzair səhralarına 11 il sonra qar yağdı - FOTOLAR

10:41 - 25 Yanvar 2023

Əlcəzair səhralarına 11 il sonra qar yağdı - FOTOLAR

Əlcəzairin cənub-qərbindəki bəzi səhra ərazilərinə qar yağıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  nadir qar yağışı sakinlərinə böyük təəccüb və sevincinə səbəb olub.

Güclü qarın təsirli olduğu bölgədə bəzi səhra sahələrinin və qum təpələrinin ağardığı görülüb.

Yerli KİV-in məlumatına görə, Mərakeşlə sərhəddə yerləşən Bəşər şəhərinə sonuncu dəfə 2012-ci ildə qar yağıb.

Xatırladaq ki, Meteorologiya Departamenti daha əvvəl Bəşər şəhərində dəniz səviyyəsindən 800-1000 metr hündürlükdə olan ərazilərə qar yağacağı ilə bağlı xəbərdarlıq etmişdi. Qış mövsümü başlayandan bəri Əlcəzairin şimal bölgələri fırtınalı soyuq hava dalğası altında olarkən, qar yağması səbəbindən bir çox şəhər və kənd yolları bağlanıb. 

Qeyd edək ki, ölkədə 3 ildir ki, quraqlıq səbəbindən bənd, qrunt suları və çayların səviyyəsində ciddi azalma müşahidə olunur.
 



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin