<

Yaponiyada karqo gəmisi batdı

10:21 - 25 Yanvar 2023

Yaponiyada karqo gəmisi batdı

Yaponiyanın cənub-qərbində, Naqasaki sahillərində 22 əfərlik nheyəti olan yük gəmisi batıb.

Manset.az-ın “Kyodo” agentliyinə istinadən məlumatına görə, Honq-Konq bayrağı altında 6551 tonluq “Jintan” yük gəmisi Naqasaki sahillərində sulara qərq olub.

Danco adalarının 110 kilometr qərbində batmış gəmidə olan 22 ekipaj üzvündən 4-nün xilas edildiyi qeyd edilib.

Yük gəmisinin heyətindən 14-nün Çin, 8-nin isə Myanma vətəndaşı olduğu bildirilib.

Yaponiya Sahil Mühafizəsi qalan ekipajı xilas etməyə davam edir.
 


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin