ETSN-də səfirlə görüş oldu

10:24 - 25 Yanvar 2023

ETSN-də səfirlə görüş oldu

Finlandiyanın ölkəmizdəki səfiri xanım Kirsti Narinen ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

 

Bu barədə Manset.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ESTN) məlumat verilib.

Görüş zamanı Azərbaycan və Finlandiya arasında ətraf mühitin mühafizəsi, su resurslarının səmərəli idarə olunması ilə bağlı fikir mübadiləsi aparılıb, iki ölkə arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin