<

Keçmiş meneceri Ronaldonun ondan xahişini eşidəndə şoka düşüb: Sən dəlisən?

10:19 - 25 Yanvar 2023

Keçmiş meneceri Ronaldonun ondan xahişini eşidəndə şoka düşüb: Sən dəlisən?

“Mançester Yunayted”dən ayrılan Kriştianu Ronaldonun Səudiyyə Ərəbistanının “Əl Nassr” komandasına transferi böyük sürpriz yaradıb. Məlum olub ki, portuqaliyalı ulduz bu transferdən əvvəl keçmiş meneceri Xorxe Mendeşdən diqqətçəkən tələb edib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mundu Deportivoda çıxan xəbərə görə, futbol həyatına Avropada davam etmək istəyən Cristiano Ronaldo, "Bavariya və ya Çelsidə oynamaq istəyirəm. Ya o komandalara transfer olarsan, ya da yollarımız ayrılır" deyə menecerinə istəyini bildirib.

Bunun üzərinə Mendes portuqaliyalı ulduza "Sən dəlisən!" deyə cavab verib.

Bundan sonra "Çelsi" və "Bavariya"ya transfer olunmayan Kriştianu Ronaldonun əfsanəvi menecer Xorxe Mendeşlə yollarını ayırdığı bildirilib.
 


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin