<

Ukraynalı jurnalist Ermənistanın minaladığı Azərbaycan ərazilərindən reportaj hazırladı - VİDEO

10:08 - 25 Yanvar 2023

Ukraynalı jurnalist Ermənistanın minaladığı Azərbaycan ərazilərindən reportaj hazırladı - VİDEO

Ukraynanın “Ukrayna seycas” informasiya agentliyinin jurnalisti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləməsi prosesini izləyib.

 

Manset.az oxu.az-a istiadən xəbər verir ki, jurnalistin sözlərinə görə, bu günə qədər 300-ə yaxın şəxs mina qurbanı olub, onlardan da 50-si hadisələr zamanı həyatını itirib.

“Minalarla çirklənmiş ərazilər öz həcminə görə Qətər kimi ölkənin ərazisi  ilə müqayisə edilir. Bu boyda ərazinin təmizlənməsi bir neçə onilliklər çəkə bilər”, - ukraynalı jurnalisti məlumatlandıran şəxs qeyd edib.

Reportajda qeyd olunur ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin yalnız 25 faizi dəqiq çıxıb.

Daha ətraflı ukraynalı jurnalistlərin minalanmış ərazilərdən hazırladığı videoreportajda tanış ola bilərsiniz:


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin