Apple-ın yeni istehsal bazası Çin əvəzinə bu ölkə olur

23:50 - 24 Yanvar 2023

Apple-ın yeni istehsal bazası Çin əvəzinə bu ölkə olur

Texnologiya nəhəngi Apple tədricən istehsal mərkəzini Çindən uzaqlaşdırır və Hindistan onun yeni istehsal mərkəzi olmağa hazırlaşır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hindistan Ticarət Naziri, Apple-ın Hindistanda daha çox məhsul istehsal etməyi planlaşdırdığını, bütün məhsullarının təxminən 25 faizini burada istehsal etdiyini açıqlayıb.

iPhone və digər Apple məhsullarının istehsalından məsul olan Foxconn şirkəti bu keçidə hazırlıq çərçivəsində Hindistanın Çennay şəhərində işçi qüvvəsini artırır.

Bu addım Çin və ABŞ arasındakı geosiyasi gərginliyin və koronavirus pandemiyası ilə bağlı qeyri-müəyyənliklərin təsirlərini minimuma endirmək üçün Apple-ın istehsal yerlərini şaxələndirmək strategiyasının bir hissəsi hesab olunur.

Manşet.az

 

 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin