<

Mütəxəssislər Media Reyestrinin fəaliyyətindən danışdılar - Video

23:30 - 24 Yanvar 2023

Mütəxəssislər Media Reyestrinin fəaliyyətindən danışdılar - Video

Məlum olduğu kimi, ötən ilin oktyabrından etibarən ölkədə jurnalistlər və media subyektləri üçün Media Reyestri fəaliyyətə başlayıb.

 

Manset.az xəbər verir ki, AzTV sözügedən məsələ ilə bağlı süjet hazırlayıb.

Süjetdə çıxış edən media mütəxəssisləri Media Reyestrinin ölkədə sağlam media mühitinin olmağı baxımından vacibliyi və rolu barədə danışıblar.

"Qafqazinfo" xəbər portalının Baş direktoru Elbrus Ərudun sözlərinə görə, bəzi redaksiyaların bu media reyestrinin onların fəaliyyətini məhdudlaşdırması fikri tamamilə əsassızdır.

O bildirib ki, jurnalist fəaliyyətinin hansısa qurum tərəfindən qanunla məhdudlaşdırılması mümkün deyil.

Mətbuat şurasının İdarə heyətinin üzvü Müşfiq Ələsgərli isə bildirib ki, bu reyestrin faydalığı ondan ibarətdir ki, indiyə qədər qeydiyyata alma müxtəlif qurumlarda pərakəndə halda aparılırdı. İndi isə bu mərkəzlər birləşdirilir və vahid reyestr forması yaradılıb.

Daha ətraflı videosüjetdə:

 



Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin