<

Füzuli küçəsinin 232 metrlik hissəsində təmir işləri icra olunur - FOTOLAR

10:34 - 24 Yanvar 2023

Füzuli küçəsinin 232 metrlik hissəsində təmir işləri icra olunur - FOTOLAR

Rahat gediş-gəlişin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan 232 metrlik hissəsində təmir işləri icra olunur.

 

Manset.az xəbər verir ki, sözügedən ərazidə qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilmişdir.

Nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən küçənin kiçik bir hissəsinin təmiri və saxlanılmasında yaranmış çətinlikləri nəzərə alaraq, həmin kiçik ölçülü daş örtüyünün sökülərək, yerində yeni asfalt-beton örtüyün salınması işlərinə başlanılıb.

Bundan öncə anoloji işlər Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsində də aparılıb. 

“İnşaat Norma və Qaydaları”na əsasən və tərtib olunmuş qrafikə uyğun olaraq aparılan təmir işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.  



Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin