<

Rusiyalı oliqarxa işləyən keçmiş FTB agenti həbs edildi

21:00 - 24 Yanvar 2023

Rusiyalı oliqarxa işləyən keçmiş FTB agenti həbs edildi

ABŞ Ədliyyə Departamenti FTB-nin yüksək səviyyəli əks-kəşfiyyat zabitinin rus oliqarxa ABŞ sanksiyalarından yan keçməsinə kömək etdiyinə görə həbs edildiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ FTB-nin keçmiş agenti MakQoniqanın rus oliqarx Oleq Deripaska ilə əlaqəsi olduğu ortaya çıxıb. ABŞ-da aparılan istintaq çərçivəsində rusiyalı oliqarx Oleq Deripaskaya kömək etməkdə ittiham olunan keçmiş Federal Təhqiqat Bürosunun (FTB) rəsmisi Çarlz Makqoniqal, həmçinin keçmiş sovet dövründən bu yana xidmət etmiş keçmiş rusiyalı diplomat, daha sonra ABŞ vətəndaşı məhkəmə tərcüməçisi Sergey Şestakov da saxlanılıb.

Nyu-Yorkun Cənub Dairəsi məhkəməsi dünən ABŞ sanksiyalarından yayınma və yan keçməyə cəhd, çirkli pulların yuyulması və çirkli pulların yuyulmasına cəhddən ibarət ittiham aktını açıqlayıb.

Makqonial və Şestakovun yaxın günlərdə hakim qarşısına çıxarılacağı bildirilir.

Günahı sübuta yetirilərsə, Makqonialı 80 il, Şestakovu isə 85 il həbs cəzası gözləyir.

Manşet.az

 


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin