Çip hesabatı təşvişə saldı: Hətta soyuducudan vasitəsilə də casusluq edilə bilər

18:50 - 24 Yanvar 2023

Çip hesabatı təşvişə saldı: Hətta soyuducudan vasitəsilə də casusluq edilə bilər

İngiltərədə yeni açıqlanan hesabat ölkəni təşvişə salıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hesabatda məlumatların Çin tərəfindən məişət texnikasına yerləşdirilən mikroçiplərlə toplanacağına dair məlumatlar yer alıb. Müvafiq olaraq, Çin soyuducu və ya digər ağıllı məişət texnikası vasitəsilə İngiltərəyə casusluq edə bilər. “Çin Böyük Britaniyada mikroçiplər vasitəsilə hər kəsə casusluq edə bilər”.

Bu təəccüblü iddia bu yaxınlarda İngiltərədə dərc olunan hesabata aiddir. Hesabatı Pekinlə bağlı hökumətə məsləhət verən keçmiş diplomat qələmə alıb. Burada Çinin ağıllı məişət texnikasına yerləşdirdiyi mikroçiplərin milli təhlükəsizliyə təhlükə yaratdığına dair məlumatlar əks olunub.

"Çin soyuducu və digər ağıllı məişət texnikası vasitəsilə britaniyalıları izləyə bilər" – deyə iddia irəli sürülüb. Hesabatda üç Çin şirkətinin ağıllı cihazlarda qlobal bazarın 54 faizinə hakim olduğu vurğulanıb.

Britaniya mətbuatı da yazıb ki, Çin hökumətinə məlumat axını çiplər vasitəsilə təmin edilə bilər. Bu ayın əvvəlində Britaniya hökumət avtomobillərində Çin izləmə cihazları tapılmışdı.

Manşet.az

 


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin