Bakıda dustaq həbsxanada öldü

19:23 - 24 Yanvar 2023

Bakıda dustaq həbsxanada öldü

Azərbaycanda həbsxanada 38 yaşlı dustaq vəfat edib.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün Qaradağ rayonunda, Puta qəsəbəsində yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Pərviz Məmmədovun qəflətən halı pisləşib. İlkin müdaxilə edilsə də, dustağın həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az