<

Goranboyda mal-qara oğruları SAXLANILDI

17:26 - 24 Yanvar 2023

Goranboyda mal-qara oğruları SAXLANILDI

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Veyisli kəndi ərazisində silsilə oğurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayonunda qeydiyyatda olan və Goranboy rayon Veyisli kəndində yaşayan Baloğlan Zeynallı tanışları Səxavət İbrahimov, Elvin Şirinov və Cavid Hüseynov ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında müxtəlif vaxtlarda vətəndaşlara məxsus ümumi dəyəri 4000 manatdan çox olan 24 baş xırda buynuzlu mal-qaranı oğurlayıb.

Bundan başqa, B.Zeynallı və S.İbrahimovun həmkəndlilərinə məxsus dəyəri 1000 manat olan iribuynuzlu mal-qaranı da oğurlaması müəyyənləşib. Saxlanılan şəxslərin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onların Tərtər rayon sakinləri Samid Vəliyev və Bəhruz Alıyev ilə razılaşıb oğurladıqları mal-qaranı sonunculara satması da məlum olub.

Bundan başqa, şöbə əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 300 manat dəyərində 30 ədəd dəmir dirəkləri oğurlamaqda şübhəli bilinən Rövşən Qasımov, 680 manat dəyərində plastik su borusunu oğurlamaqda şübhəli bilinən İsmət Məmmədov və vətəndaşın evindən 170 manat nağd pulu oğurlamaqda şübhəli bilinən Mehdi Sərdarov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin