<

"Qarabağ"ın albaniyalı hücumçu ilə bağlayacağı müqavilənin müddəti bəlli oldu

16:57 - 24 Yanvar 2023

"Qarabağ"ın Albaniya millisinin və "Tirana" klubunun futbolçusu Redon Cica ilə bağlayacağı müqavilənin müddəti bəlli olub.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə report-a bildirib ki, 25 yaşlı hücumçu 3,5 illik sözləşməyə imza atacaq.

Klub rəsmisi bildirib ki, təcrübəli forvard bu gün tibbi müayinədən keçəcək: "Heç bir problem aşkarlanmasa, onunla münasibətlər rəsmiləşdiriləcək".

Qeyd edək ki, Redon Cica karyerasında yalnız öz ölkəsində çıxış edib. "Şkendiya"nın yetirməsi olan futbolçu 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin