Bakının mərkəzində avtomobil krana çırpıldı: Xəsarət alanlar var - VİDEO

16:10 - 24 Yanvar 2023

Bakının mərkəzində avtomobil krana çırpıldı: Xəsarət alanlar var - VİDEO

Bakıda Heydər Əliyev prospekti, “ASK Arena”nın qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisə zamanı 99-PR-020 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı minik avtomobili kranla toqquşub.

Nəticədə sürücünün və yanındakı sərnişinin xəsarət aldığı bildirilir.

Hadisədən sonra yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Qeyd edək ki, kran prospektin işıq dirəklərinin təmiri ilə məşğul olan fəhlələrə xidmət edib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin