Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb - Şirkətə kim rəhbərlik edir?

15:44 - 24 Yanvar 2023

Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb - Şirkətə kim rəhbərlik edir?

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb.

 

Manset.az qaynarinfo.az-a istinadən xəbər verir ki, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prosesi gedir.

Hazırda AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb. Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə bağlı sərəncamın imzalanacağı gözlənilir.


Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilovaya müraciət etdik. Qurumun sözçüsü bu barədə məlumatının olmadığını bildirdi və rəsmi sorğu göndərməyimizi istədi.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin