Erməni spikerin bu rəqsi müzakirələrə səbəb oldu - VİDEO

15:28 - 24 Yanvar 2023

Erməni spikerin bu rəqsi müzakirələrə səbəb oldu - VİDEO

Ermənistan parlamentinin spikeri Alen Simonyanın ölkənin gecə klublarından birində rəqs etdiyini əks etdirən görüntülər yayılıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, spikerin görüntüləri sosial şəbəkələrin erməni seqmentində paylaşılıb.

Görüntülərin məhz nə vaxt çəkildiyi məlum olmasa da, onun bu addımı ölkədə müzakirələrə səbəb olub.

Belə ki, yanvarın 19-u Ermənistanda hərbi hissələrin birində 15 hərbçinin ölümü ilə nəticələnən yanğından sonra Simonyanın bu addımı xoş qarşılanmayıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin