Milli Məclis tarixində ən çox müzakirə olunan qanun layihələrindən biri heç şübhəsiz “Siyasi partiyalar haqqında” qanun layihəsi idi. Belə ki, layihə üç oxunuşdan keçməklə yanaşı, həm də iki dəfə ictimai müzakirəyə çıxarıldı və sonda qəbul edildi.
Qanunun qəbulundan sonra partiyalar qarşısında yeni tələblər meydana çıxdı. Xüsusilə də, partiyanın qeydiyyat proseduru zamanı tələblər əvvəlkinə nisbətdə daha da artırıldı. Tələblərin artması bir çox partiyaların rəsmi qeydiyyat üçün işlərə start verməsinə səbəb olub.
Manset.az xəbər verir ki, Bizim.Media-nın araşdırmasına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ümid, Milli İstiqlal, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ağ, Azərbaycan Xalq, Böyük Quruluş, Demokratik İslahatlar, Milli Dirçəliş, Milli Cəbhə, Respublikaçı Alternativ partiyaları artıq qeydiyyat üçün çalışmalara başlayıb.
Lakin bəzi partiyalar var ki, onlardan hələlik səs-soraq gəlmir. Bu cür partiyaların sayı isə heç də az deyil.
Belə ki, ölkəmizdə rəsmi qeydiyyatda olan partiyaların sayı 59-a bərabədir. Üzv sayı ilə bağlı məsələdə məlumat əldə etmək isə bir qədər çətin məsələdir. Çünki əksər partiyalar bu mövzuda açıq məlumatlarını ictimaiyyətlə bölüşmürlər. Bəzilərinin isə reallıqdan uzaq rəqəmlər səsləndirməsi bu mövzuda informasiya kirliliyi yaradır.
Buna rəğmən, qanunvericiliyin əvvəlki tələblərinə görə partiyanın qeydiyyatdan keçməsi üçün min nəfər üzv sayı tələbi mövcud idi. Ona görə də, ən yaxşı ehtimalla bütün partiyaların bu tələbə cavab verdiyini təxmin etmək çətin deyil.
Amma bir neçə partiya var ki, onların fəaliyyətini davam etdirib-etdirməməsi belə qeyri-müəyyəndir. Xüsusilə də, uzun müddətdir maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən partiyalar bu siyahıda daha çox nəzərə çarpır.
Söhbət Azərbaycan Dirçəliş və Tərəqqi, Milli Dövlətçilik, Azərbaycan Xalq Cəbhəsi, Vahid Kommunist, Sosial Ədalət, Vətənpərvərlər, Azad Respublikaçılar, Azadlıq partiyalarından gedir.
Bu siyasi təşkilatlar artıq 3 ildən çoxdur ki maliyyə hesabatlarını MSK-ya təqdim etmirlər. Bunlarla yanaşı, rəhbəri bu il dünyasını dəyişmiş iki partiyada da hələlik səssizlik hökm sürür.
Həmin siyasi təşkilatlar, Sosial Demokrat və Milli Konqres partiyalarının liderləri Araz Əlizadə və İxtiyar Şirin ötən ilin payızında dünyalarını dəyişiblər. Adıçəkilən siyasətçilər müvafiq olaraq 6 oktyabr və 15 noyabr tarixlərində vəfat ediblər.
Sosial Demokrat Partiyasından mətbuata verilən açıqlamada qeyd edilmişdi ki, yeni sədrin seçilməsi üçün qurultay Araz Əlizadənin 40 mərasimindən sonra təşkil olunacaq. Lakin hələ də qurultaydan səs-soraq yoxdur. Milli Konqres Partiyasında da oxşar vəziyyət hökm sürür.
Məlumat üçün qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanuna görə, qeydiyyatda olan partiyalar 5 min üzv sayını toplamaq üçün 180 gün vaxt verilib. Əks təqdirdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıracaq.
Azərbaycanda bu 10 SİYASİ PARTİYA ləğv olunacaq – SİYAHI
14:48 - 24 Yanvar 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
29 Mart 2026 - 09:15
Vladimir Putin Azərbaycanın Əməkdar artisti ilə görüntülü danışdı
29 Mart 2026 - 13:45
Rasim Balayev vəfat etdi
29 Mart 2026 - 14:30
Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
29 Mart 2026 - 10:10
Dünya müharibəsi olarsa, qaçmağa yalnız 6 ölkə var
29 Mart 2026 - 18:01
Rasim Balayevin nəşi bu gecə Vətənə gətiriləcək - YENİLƏNİB
29 Mart 2026 - 09:32
“İki universitet vurulacaq” - SEPAH-dan şok ultimatum
29 Mart 2026 - 15:04
Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM
29 Mart 2026 - 09:50
Trampın həbs etdirdiyi prezidentdən xalqına ilk MÜRACİƏT
29 Mart 2026 - 13:00
Sabah şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
29 Mart 2026 - 09:41
İranda daha bir yüksəkvəzifəli şəxs öldürüldü
29 Mart 2026 - 15:21
Binəqədidə baş verən yanğın məhdudlaşdırıldı - VİDEO - YENİLƏNİB
29 Mart 2026 - 11:05
Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı
Xəbər xətti
- 29 Mart 2026
- 23:09 1 gündə İranda 140 zərbə endirildi
- 22:48 Qazaxda gənc qız dəm qazından boğuldu
- 22:32 Şahbaz Şərif Hakan Fidanla müzakirə apardı - FOTO
- 22:16 Yaxın günlərdə ABŞ-İran danışıqları bu şəhərdə keçirilə bilər
- 21:58 Qəbələdə fərdi yaşayış evi yanır - VİDEO
- 21:49 Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər öldü
- 21:31 Məlahət Abbasova Rasim Balayevlə son söhbətindən danışdı - VİDEO
- 21:12 “Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi
- 20:53 Gəncədə 2 maşın toqquşdu - Yaralılar var
- 20:34 İran ABŞ-nin İordaniyadakı bazasına hücum etdi
- 20:15 Hindistanın 2 tankeri Hörmüz boğazını keçdi
- 19:57 Bakı–Sumqayıt yolunda maşın gölməçəyə düşdü - FOTO/VİDEO
- 19:41 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı
- 19:29 "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik" - Ayxan Abbasov
- 19:12 Paşinyana kilsədə hücum etdilər - VİDEO - YENİLƏNİB
- 18:58 Ağdaşda doğuş zamanı körpə öldü
- 18:49 Su basmış ərazilərdən 278 nəfər təxliyə edildi - VİDEO
- 18:31 “Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev
- 18:17 BDYPİ-dən hərəkət iştirakçılarına XƏBƏRDARLIQ
- 18:01 Rasim Balayevin nəşi bu gecə Vətənə gətiriləcək - YENİLƏNİB
- 17:58 Qız voleybolçulardan böyük uğur - FOTOLAR
- 17:44 MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı - FOTOLAR
- 17:35 “Medilife Klinika” – Müasir tibbin ünvanı: Peşəkar həkimlər və ən son texnologiyalar bir arada
- 17:14 Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evlərdir - RƏSMİ
- 16:59 Çeçenistanda fövqəladə vəziyyət elan olundu
- 16:43 Maşınlardan oğurluq etdilər - Saxlanıldılar
- 16:29 Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunacaq - YENİLƏNİB
- 16:16 "Gerçək vəd – 4" əməliyyatının 86-cı dalğası həyata keçirildi
- 15:59 Eldar Əzizov müşavirə keçirdi - Tapşırıqlar verildi
- 15:42 Mədəniyyət Nazirliyindən Rasim Balayevin vəfatı ilə bağlı BAŞSAĞLIĞI
- 15:21 Binəqədidə baş verən yanğın məhdudlaşdırıldı - VİDEO - YENİLƏNİB
- 15:04 Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM
- 14:30 Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
- 14:16 Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTOLAR
- 14:00 “ABŞ gizli şəkildə İrana quru əməliyyatı planlaşdırır” - Qalibaf
- 13:45 Rasim Balayev vəfat etdi
- 13:31 "Azərbaycan və İran dost və qardaş xalqlardır" - Ceyhun Bayramov
- 13:15 Bu yolda sürət həddi bərpa edildi
- 13:00 Sabah şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
- 12:30 Əlcəzairin keçmiş prezidenti vəfat etdi
- 12:10 51 yaşlı kişinin meyiti həyətindəki quyudan tapıldı
- 11:55 “Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi
- 11:37 Daha bir ölkə sosial şəbəkələrə girişi məhdudlaşdırdı
- 11:20 Vens Trampın varisləri arasında liderdir
- 11:05 Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı
- 10:47 Polis ƏMƏLİYYAT KEÇİRDİ - 17 nəfər saxlanıldı
- 10:31 Bakıda avtomobildə başlayan yanğın digər maşına keçdi - VİDEO
- 10:20 Üçotaqlı ev külə döndü - FOTOLAR
- 10:10 Dünya müharibəsi olarsa, qaçmağa yalnız 6 ölkə var
- 09:50 Trampın həbs etdirdiyi prezidentdən xalqına ilk MÜRACİƏT
- 09:41 İranda daha bir yüksəkvəzifəli şəxs öldürüldü