Prezident İlham Əliyev Almaniyada işgüzar səfər etdi - FOTO
26 Aprel 2024
14:37 - 24 Yanvar 2023
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib. Nəticədə saxlanılan şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional Manset.az-a verilən məlumata görə, şöbəyə daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən silsilə tədbirlər zamanı narkotiklərin satışında, saxlanılmasında və daşınmasında şübhəli bilinən 5 nəfər rayon sakini - Tural İsrafilov, Sənan Şükürov, Veyis Abdurəhmanov, Qadir Əliyev və Səftər Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin və marixuana aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılanların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin