"Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir" - Zaxarova
19 Aprel 2024
12:58 - 24 Yanvar 2023
Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasına ABŞ-ın verdiyi rəsmi açıqlama marağa səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, TRT World-ün müxbiri Yunus Paksoy Xarici İşlər Nazirliyinin sözçüsü Ned Praysın keçirdiyi mətbuat konfransında ABŞ-ın Qurani-Kərimi təhqir etməyə yanaşmasını soruşub.
Prays, hadisənin hörmətsizlik və iyrənc olduğunu, bəlkə də pis niyyətlə edildiyini söyləsə də, lakin təhqiri qınamayıb.
"Başa düşdüyüm qədər, bu insident özəl bir təxribatçının işidir, kimsə bilərəkdən iki yaxın tərəfdaşımız bizi Türkiyə və İsveçdən uzaqlaşdırmağa, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı davam edən müzakirələrə bilərəkdən təsir göstərməyə çalışır" - deyə Prays bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin