Daha bir ölkə “Bayraktar TB2” pilotsuz uçuş aparatı almaq istəyir

12:43 - 24 Yanvar 2023

Daha bir ölkə “Bayraktar TB2” pilotsuz uçuş aparatı almaq istəyir

Daha bir ölkə “Bayraktar TB2” pilotsuz uçuş aparatı almaq istəyir.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yunanıstan mətbuatının yazdığına görə, Şimali Makedoniya Ankara ilə hərbi razılaşmaların da yer aldığı danışıqlar aparacaq. Bu görüşlərdə Şimali Makedoniyanın da Türkiyədən “Bayraktar TB2” pilotsuz uçuş aparatı sifariş etməyi planlaşdırır.

"Slpress"  nəşrinin yazdığına görə,  Şimali Makedoniya prezidenti Stevo Pendarovski qarşıdakı dövrdə Türkiyə ilə hərbi əməkdaşlığa işarə edərək, Rusiyanın Ukraynaya hücumlarının "hər şeyi daha aktuallaşdırdığını" deyib. Pendarovski iki ölkə arasında hərbi ortaqlığın illər əvvəl başladığını və Şimali Makedoniya Ordusunda bir çox yüksək rütbəli əsgərin türk hərbi məktəblərində təhsil aldığını xatırladıb.

Makedoniya lideri Türkiyədən bəzi hərbi texnika və silahların alınması üçün addımlar atıldığını bildirib. Lakin o detalları açıqlamayıb.
 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin