Müğənni qadını sevgilisini başından güllələdi - Hadisə yerindən belə qaçdı (VİDEO)

12:17 - 24 Yanvar 2023

Müğənni qadını sevgilisini başından güllələdi - Hadisə yerindən belə qaçdı (VİDEO)

Türkiyədə əyləncə məkanında sevgili olduğu müğənni qadına "Gəl danışarıq" deyərək zəng edən şübhəli şəxs onu başından vuraraq hadisə yerindən qaçıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə bursa şəhərində baş verib. İddiaya görə, 46 yaşlı İzzet A. əyləncə məkanında tanış olduğu 41 yaşlı Nurcan İnanın Çatal küçəsindəki evinə gedib. İzzet A, onunla görüşmək istəməyən İnanı “Gəl danışaq” deyərək razı salıb. Qızı ilə aşağı düşən Nurcan İnan İzzet A ilə mübahisə edib. Qısa müddətdə böyüyən mübahisə zamanı İzzet A, yanında gətirdiyi silahla qızının gözü qarşısında İnanın başına atəş açıb. Silah səslərini eşidən qonşular dərhal polisə məlumat veriblər. Hadisə yerinə çoxlu polis və sağlamlıq qrupu göndərilib.

Ağır yaralanan qadın xəstəxanaya yerləşdirilib. Qatil polis əməkdaşları tərəfindən saxlanılıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin