ABŞ-də məktəbdə şagirdləri güllələdilər

12:06 - 24 Yanvar 2023

ABŞ-də məktəbdə şagirdləri güllələdilər

ABŞ-nin Ayova ştatının De-Moyn şəhərində üç nəfər aztəminatlı uşaqlar üçün nəzərdə tutulan məktəbin binasını atəşə tutub. Hadisə nəticəsində iki şagird həyatını itirib.

 

Manset.az xəbər verir ki, polis məktəbdəki atışma ilə bağlı onlara məlumat verildiyini bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndə üç yaralı görüblər. Bunlar iki şagird və bir məktəb işçisi olub.

Hücum edənlər qaçmağa çalışsalar da, onların avtomobili məktəbin yaxınlığında saxlanılıb. Üç nəfər saxlanılıb, onlar dindirilirlər.

Şagirdlərin yaraları ölümcül olub, məktəb əməkdaşının vəziyyəti isə stabil qiymətləndirilir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin