Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
11:59 - 24 Yanvar 2023
"Bu aydan etibarən borclu vergi ödəyiciləri də bankda hesab aça biləcəklər".
Manset.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, borclu vergi ödəyicilərinin hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırıldı:
“Vergi Məcəlləsinə” edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib. Bu məhdudiyyətinin aradan qaldırılması bir tərəfdən vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır.
Çünki, bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər. Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan, bu dəyişiklik mütərəqqi addımdır".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin