Şəfiqə Məmmədovanı qurumunun mətbuat katibi canlı yayımda saxta seçkiyə görə sərt tənqid etdi - ŞOK VİDEO

11:06 - 24 Yanvar 2023

Şəfiqə Məmmədovanı qurumunun mətbuat katibi canlı yayımda saxta seçkiyə görə sərt tənqid etdi - ŞOK VİDEO

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında saxta seçki keçirilməsi və Xalq artisti Şəfiqə Məmmədovanın özünü qanunsuz, üzvlərdən və katiblərdən xəbərsiz sədr elan etməsi böyük müzakirələrə səbəb olub. Günlərdir qalmaqal bitmək bilmir. Bu olaylardan sonra İttifaqın üzvləri Şəfiqə Məmmədovanın istefa verməli olduğunu bildiriblər. 

 

Manset.az-ın məlumatına görə, İTV kanalı baş verən qalmaqala bağlı canlı yayımda "Sabaha saxlamayaq" verilişində müzakirələr aparıb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev canlı yayımdan öz qurumunu sərt tənqid edib. O canlı yayımda açıqlama verərək Şəfiqə Məmmədovanın qanunsuz, heç kimin xəbəri olmadan özünü sədr elan etməsini təsdiq edib. İttifaqın saytında isə əvvəlcə Şəfiqə Məmmədovanın sədr seçilməsi ilə bağlı xəbər yerləşdirilib. Daha sonra isə qurumun katibi, Əməkdar incəsənət xadimi Ayaz Salayevin həqiqətən seçki prosesinin olmadığını Şəfiqə Məmmədovanın belə açıqlama verməsini kəskin tənqid edib. Daha sonra proqramda iştirak edən digər şəxslər də Şəfiqə Məmmədovanı tənqid edib.

Həmin kadrları təqdim edirik.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin